<span style="color:red;">Dünya həyəcanda:  yaxınlaşan asteroid yerdən neçə kilometr aralı keçəcək? - <span style="color:red;">RƏSMİ
16 iyun 2015 17:44 (UTC +04:00)

Dünya həyəcanda: yaxınlaşan asteroid yerdən neçə kilometr aralı keçəcək? - RƏSMİ

 

 

““İkar” asteroidinin Yer kürəsinə yaxınlaşmasının və keçib getməsinin heç bir təhlükəsi yoxdur, narahat olmağa dəyməz”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib.

 

Onun sözlərinə görə, “İkar” kiçik cisimlərdən hesab olunur, onlar az müşahidə olunurlar: “Dünən də Yer kürəsindən 26 mln. km məsafədə kiçik cisimlərdən biri keçib. Məsafə o qədər böyükdür ki, onun Yerə yaxınlaşması mümkün deyil. “İkar”ın diametri 1 kilometrə, kütləsi isə 100 min tona yaxındır. Onun yerlə məsafəsi Ayla Yer arasındakı məsafədən 21 dəfə çoxdur. Təqribən 10 milyon kilometr aralıdan keçib gedəcək. Ona görə də narahat olma dəyməz”.

 

Ə. Atai əlavə edib ki, NASA bu il doqquz yad cisimin yer ətrafından keçib gedəcəyi haqqında məlumat yayıb: “Həmin cisimlər indi növbə ilə keçib gedir. Asteroidlərin Yerə təhlükəsi ilə bağlı yayılan xəbərlər şayiədir. Kosmik raketlərə külli miqdarda vəsait ayrılmasının səbəbi odur ki, asteroidlərin yerə yaxınlaşdığı məqamda təhlükə olarsa, onlar zərərsizləşdirsinlər”.

 

Qeyd edək ki, bu gün “İkar” asteroidi Yer kürəsinə çox yaxınlaşacaq.

 

“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı məsafə 6,5 mln. km təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28