“Qanun"un şikayəti təmin edilmədi
12 avqust 2016 14:44 (UTC +04:00)

“Qanun"un şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Qanun” Nəşriyyat Evində aparılan axtarışla bağlı verilən şikayət üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil l Elçin Sadıqovun özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Vəkil qərardan Avropa Məhkəməsinə  şikayət edəcəklərini deyib. 

 

Qeyd edək ki, iyunun 11-də polis əməkdaşları “Qanun” nəşriyyat evində axtarış aparıblar. Polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.

 

Həmin axtarışın qanunsuz hesab edilməsi ilə bağlı nəşriyyat Xətai rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 95
avatar

Səlcuq Elçin

Oxşar yazılar