
Tüfənglə atasının kürəyindən vurdu - POLİS YAXALADI
Mayın 26-da Ağcabədi rayonunun Bilağan kənd sakini İ.Tağıyev münaqişə zəminində atası M.Tağıyevin kürək nahiyəsinə tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Daha sonra o, hadisə yerini tərk edib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, M.Tağıyev xəstəxanaya yerləşdirilib. Bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olan kimi Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar yazılar

Ucarda qəza-Xəsarət alanlar var -FOTO
6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54