<b>6 tələbənin ölümünə səbəb olan sürücü <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
13 iyun 2017 16:49 (UTC +04:00)

6 tələbənin ölümünə səbəb olan sürücü MƏHKƏMƏ QARŞISINDA

 

Sumqayıt yolunda 6 tələbənin ölümü, 20 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.

 

Qeyd edək ki, bu il martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

 

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

 

Qəzada ölən 6 nəfər Sumqayıt Dövlət Universitetinin tələbələri idi. 

 

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

# 169
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03
Azərbaycanlıları qeydiyyata salan həbs olunacaq

Azərbaycanlıları qeydiyyata salan həbs olunacaq

22 may 2024 , 10:41
Xankəndidə silahlı saxlanıldı - VİDEO

Xankəndidə silahlı saxlanıldı - VİDEO

22 may 2024 , 10:19
Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

22 may 2024 , 10:00