[b]Silahlı müqavimət göstərən sərhəd pozucusu öldürüldü - [/b]Qusarda
05 iyun 2018 17:54 (UTC +04:00)

[b]Silahlı müqavimət göstərən sərhəd pozucusu öldürüldü - [/b]Qusarda

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

 

Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

 

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar