
Şantajla pul tələb edən agentlik rəhbərinə 12 İL HƏBS CƏZASI
Azərbaycanda şantajla pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən M.Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha 2 nəfər tanınıb.
Oxşar yazılar

Şəmkirdə ağır qəza-Ölən var-FOTO
6 iyul 2025 , 10:46
Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52