<b>Sabah bu döyüş növü üzrə PEŞƏKARLAR QARŞILAŞACAQ - <span style="color:red;">VİDEO </b>
24 may 2019 15:33 (UTC +04:00)

Sabah bu döyüş növü üzrə PEŞƏKARLAR QARŞILAŞACAQ - VİDEO

Sabah Bakı İdman Sarayında Aşihara Karate üzrə Respublika Çempionatı keçiriləcək. Çempionat Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
 
Eurasia Diary xəbər verir ki, çempionatda ölkənin 20 rayon və şəhərindən olan idmançıların müxtəlif yaş qrupları üzrə maraqlı qarşılaşmaları, yaddaqalan çıxışları, kumiteləri və sonda peşəkarların döyüşü keçiriləcək.
 
Karatenin full kontakt növünə aid edilən Aşihara Karate ilk dəfə 1972-ci ildə Yaponiyada, Hideyuku Aşihara tərəfindən yaradılıb və əlbəyaxa döyüş sənəti kimi tez bir zamanda dünyada geniş yayılıb. Azərbaycan Aşihara Karate Federasiyası 1998-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. 2002-ci ildən ölkəmizi karatenin bu növü üzrə dünya miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə təmsil edir.  
 
Çempionatın seçim mərhələsi saat 10:00-da Bakı İdman Sarayında başlayacaq. Final mərhələsinin açılış mərasimi və Peşəkarların full kontakt döyüşü saat 16:00-da start götürəcək. Qeyd edək ki, Çempionatı izləmək üçün giriş pulsuzdur.  

 

# 1150
avatar

Oxşar yazılar

Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57