17 il qul kimi işlədilən şəxslərin işi <span style="color:red;">MƏHKƏMƏDƏ
28 noyabr 2017 16:33 (UTC +04:00)

17 il qul kimi işlədilən şəxslərin işi MƏHKƏMƏDƏ

 

17 il ərzində Azərbaycanda yaşayan rusları məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.

 

Zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, onlardan biri - Aleksandr Kolesnilov psixi xəstədir və məhkəmədə iştirak edə bilmir. Onun hüquqlarını Nərimanov rayon icra hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edəcək.

 

Digər zərərçəkən İqor Kolesnikov isə məhkəmədə iştirak edir. O, hazırda insan alveri qurbanları ilə bağlı olan düşərgədə yaşayır.

 

Daha sonra zərərçəkənin vəkili işin qapalı keçirilməsi ilə bağlı vəsatətlə çıxış edib. O bildirib ki, insan alveri və istismarı ilə bağlı olan işlər qapalı keçirməlidir.

 

Hakim bildirib ki, vəsatət əsassız olduğundan təmin edilməsin.

 

Məhkəmə baxış iclası dekabrın 5-ə təyin edilib.

 

Qeyd edək ki, ittihama görə,  təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Abaşeron rayonunda yerləşən Donuz Kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb

 

Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

 

Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Səlcuq Elçin

Oxşar yazılar