<b>Qubada əməliyyat: <span style="color:red;">23 nəfər tutulub </b>
06 mart 2017 12:48 (UTC +04:00)

Qubada əməliyyat: 23 nəfər tutulub

Quba şəhər ərazisində qanunsuz dini yığıncaq təşkil edilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 4-də Quba RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan Tehran Əmiraslanovun "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq evində yığıncaq təşkil etməsi müəyyən edilib. Baxış zamanı evdən 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb və Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinə göndərilib.

 

T.Əmiraslanov və yığınacaqda iştirak edən 22 nəfər saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar