[b]Qadın "makler" məhkəmə zalında həbs edildi [/b]- 92 MİN DAVASI
09 mart 2017 12:05 (UTC +04:00)

[b]Qadın "makler" məhkəmə zalında həbs edildi [/b]- 92 MİN DAVASI

 

92 min manatlıq dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, G. Həşimova 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, G. Həşimova ev alqı-satqısı ilə məşğul olub. O, Bakı şəhər sakini Sevinc Musayevaya "Dağlar" MTK tərəfindən tikilən binalardan mənzil alacağını vəd edib və onun 92 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. G. Həşimova sonradan vədinə əməl etməyib və zərərçəkən şəxsin pulunu qaytarmayıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Səlcuq Elçin

Oxşar yazılar