<b>"Mercedes" iki piyadanı vurdu</b> - <span style="color:red;"><b>biri öldü</b>  - <span style="color:red;">YENİLƏNİB
30 noyabr 2017 09:23 (UTC +04:00)

"Mercedes" iki piyadanı vurdu - biri öldü - YENİLƏNİB

Gəncədə avtomobillə vurularaq ölən piyadanın kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən şəxs şəhər sakini, 1994-cü il təvəllüdlü Nəcəfov Siyavuş Akif oğludur.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

***

 

03:08

 

Gəncədə iki piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri hadisə yerində ölüb. Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar