![[b]Markın bəzi köhnə paylaşımları Facebookdan yoxa çıxdı - SƏBƏB[/b]](https://lent.az/storage/news/2019/april/01/big/b50d50dbce25a2ddb6a8a6ca807d1f7a.jpg)
[b]Markın bəzi köhnə paylaşımları Facebookdan yoxa çıxdı - SƏBƏB[/b]
Mark Zuckerberg-in Facebook-dakı köhnə paylaşımları yoxa çıxıb.
Lent.az technote-a istinadən xəbər verir ki, sosial şəbəkə bunu texniki problemlərlə əlaqələndirib.
Silinmiş paylaşımlar arasında Mark Zuckerberg-in 2007-2008-ci illəri əhatə etmiş bütün paylaşımları yer alıb.
Bundan əlavə olaraq 2012-ci ili də əhatə etmiş bir sıra paylaşımlar silinib. Məsələn 2012-ci ilin aprel ayında Mark Zuckerberg öz Facebook səhifəsində məşhur Instagram servisinin alınması barəsində məlumat paylaşmışdı və bir çox kütləvi informasiya vasitələri həmin paylaşıma istinad vermişdilər. Lakin indi həmin paylaşım Facebook-da yoxdur.
Sosial şəbəkə təmsilçiləri isə bildiriblər ki, həmin paylaşımlar texniki problem səbəbilə siliniblər. "Bir neçə il bundan öncə Mark-ın bəzi paylaşımları texniki problem səbəbilə silinmişdi. Onların bərpası üçün böyük həcmli iş görmək lazım idi. Baxmayaraq ki, silinmiş paylaşımların 100% bərpa olunacaqlarına zəmanət verilmirdi. Buna görə də biz həmin böyük həcmli işin görülməməsinə qərar verdik"- deyə şirkət təmsilçiləri bildiriblər. Facebook-da dəqiq olaraq Mark-ın hansı sayda paylaşımının silinməsini bilmirlər. Bununla belə onlar qeyd ediblər ki, Facebook-un əsas xəbərləri şirkət bloqunun arxivində saxlanılıb.
Business Insider düşünür ki, köhnə paylaşımların silinməsi öz növbəsində Facebook tarixçəsinin və Mark Zuckerberg-in verdiyi vədlərin analizini çətinləşdirəcək. Bu isə Facebook ilə son vaxtlarda baş vermiş bir çox qalmaqalın fonunda çox aktualdır.
Məsələn məşhur Instagram servisinin alınması barəsində paylaşımında Mark söz vermişdi ki, fotoservis Facebook-dan müstəqil şəkildə inkişaf etməyə davam edəcək. Lakin həmin vaxtdan bəri əksinə olaraq Instagram Facebook ilə sıx inteqrasiya edilir. Bəlkə də buna səbəb kimi keçən ilin sentyabr ayında Instagram-ın yaradıcıları şirkəti tərk etdilər.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17