[b]Mağazaya basqın edib butulka ilə işçilərin başına vurdu - AZƏRBAYCANDA[/b]
18 may 2018 11:35 (UTC +04:00)

[b]Mağazaya basqın edib butulka ilə işçilərin başına vurdu - AZƏRBAYCANDA[/b]

Şirvanda törədilmiş quldurluq cinayətinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə həmin gün saat 19 radələrində T.İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul verməsini tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxdığı barədə müraciət daxil olub.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib.           

 

Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V.Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar