![[b]Konfetin içində tiryək keçirilmək istədi - Cəhdin qarşısı alınıb [/b]](https://lent.az/storage/news/2019/april/27/big/26c94097a99b8b34be77205cfcc4af1b.jpg)
[b]Konfetin içində tiryək keçirilmək istədi - Cəhdin qarşısı alınıb [/b]
Valideynləri tərəfindən məhkuma gətirilən sovqatın içindən narkotik maddə aşkar olunub.
Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1; 69.3-cü (qanunasuz olaraq narkotik maddələri hazırlama, saxlama və ya satma) maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gələn Salyan şəhər sakinləri atası Rahmanov Rövşən Nəsir oğlu və anası Rahmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilən bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19