<b>İmişlidə ağır yol qəzaları olub:<span style="color:red;"> 2 ölü, 8 yaralı </b>
30 iyul 2018 10:18 (UTC +04:00)

İmişlidə ağır yol qəzaları olub: 2 ölü, 8 yaralı

Dünən İmişli rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun Xoşçobanlı kəndində “Vaz 2106” markalı minik avtomobili “T-80” markalı traktora çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 62 yaşlı qadın vəfat edib. Daha bir qadın və 3 kişi isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Oxşar hadisə rayonun Qaralar kəndində də qeydə alınıb. Şirkətlərdən birinə məxsus olan H 028 731 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobil yoldan çıxaraq aşıb. Qarşısına motosikletin çıxması nəticəsində aşan avtomobildə olan şəxslərdən 51 yaşlı kişi vəfat edib. Daha bir kişi və 3 qadın isə xəstəxanaya yerləşdirilib.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Nizam Rza

Oxşar yazılar