<b>Goranboyda ağır qəza</b> - <span style="color:red;"><b>bir ailənin 3 üzvü yaralandı</b>
06 oktyabr 2017 21:36 (UTC +04:00)

Goranboyda ağır qəza - bir ailənin 3 üzvü yaralandı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Kələk kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əmrahova Başxanım, onun bacısı 1992-ci il təvəllüdlü Əmrahova Gülnar və Gülnarın bir yaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Böyüklərin vəziyyəti normal, uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar