[b]Fədayə Laçının işi baş tutmadı- Polkovnikə görə[/b]
20 may 2019 16:40 (UTC +04:00)

[b]Fədayə Laçının işi baş tutmadı- Polkovnikə görə[/b]

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə polkovnik Bəhruz Abdullayevin vəkili məhkəməyə teleqram vuraraq məhkəmədə iştirak edə bilməyəcəyini deyib.  
 
Hakim vəkilin vəsatətini təmin edib. 
 
Proses iyunun 2-ə təyin edilib. 
 
Xatırladaq ki, prokuror çıxışında birinci instansiya məhkəməsinin çıxardığı hökmün ədalətli olduğunu dilə gətirib.  O, müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinin təmin olunmamasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib. 
 
 
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
# 1968
avatar

Oxşar yazılar

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24