![[b]Əhalisinin PİYLƏNMƏ DƏRƏCƏSİNƏ GÖRƏ Azərbaycan bu ölkələrdən...[/b]](https://lent.az/storage/news/2019/may/18/big/817fe76b5da8a498ed62cbd52172a559.jpg)
[b]Əhalisinin PİYLƏNMƏ DƏRƏCƏSİNƏ GÖRƏ Azərbaycan bu ölkələrdən...[/b]
Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Türkmənistandan daha öndədir.
ONA xəbər verir ki, bunu Azərbaycan Bariatrik-Metabolik Cərrahiyyə Assosiasiyasının sədri Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, qadınlarda kişilərdən iki dəfə çox piylənməyə rast gəlinir. Piylənmənin qarşısını almaq üçün hormonal balansa diqqət yetirmək lazımdır: “Piylənmənin əsrin bəlası olan xərçənglə sıx əlaqəsi var. Ən çox piylənmə xərçəngdən əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Piylənmədən əziyyət çəkməyən insanlar daha çox təbii qidalarla qidalanırlar".
Həkim bildirib ki, piylənmənin əsas fəsadlarından biri ikinci tip şəkərli diabetdir: “2030-cu ildə 438 milyon insan ikinci tip şəkərli diabetdən əziyyət çəkəcək. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır. Bariatrik cərrahiyyə təkcə piylənmə ilə deyil, eyni zamanda piylənmədən əmələ gəlmiş xəstəliklərlə də mübarizədir. 2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər 6 saniyədən bir şəkərli diabet xəstəliyinə tutulmuş insanlardan biri dünyasını dəyişir”.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54