<b>Buz mağaraları: </b>yer tarixinin sirli şahidi<span style="color:red;"> – ƏSRARƏNGİZ GÖRÜNTÜLƏR
19 aprel 2018 16:34 (UTC +04:00)

Buz mağaraları: yer tarixinin sirli şahidi – ƏSRARƏNGİZ GÖRÜNTÜLƏR

Rubrika: “Gəzməyə qərib ölkə...”

 

Bu rubrikada həftədə bir dəfə saytımızda dünyanın ən maraqlı ölkələri, ekzotik və görməli yerləri barəsində fotoları və həmin bölgə ilə bağlı ən maraqlı məlumatları təqdim edirik. Bu dəfə mövzumuz İslandiyadakı məşhur buz mağarasıdır.

 

Dünyanın ən heyrətamiz məkanları arasında İslandiyadakı Skaftafell buz mağarasının xüsusi yeri var. İslandiyadakı çoxsaylı milli parklardan birinin ərazisindəki bu mağara yerin geoloji strukturunun bir çox elementlərini özündə birləşdirir.

 

Buradakı buzlaqların divarlarına sızmış suyun yenidən donması nəticəsində yaranmış ecazkar görüntü Skaftafell mağarasına hər il minlərlə turist cəlb edir. Yay aylarında təhlükəsizlik məqsədi ilə mağaraya giriş qadağan edilir. Çünki buz qatının əriməsi burada uçqun təhlükəsini artırır. Bununla belə qış aylarında da buz mağarasına daxil olmaq böyük ürək istəyir. Buz divarların şaxtanın təsiri ilə çatlaması və səsin böyüməsi insanlarda vahimə yaradır.

 

Bu mağaranı xüsusi edən cəhətlərdən biri də buzun tərkibinə hava qabarcıqlarının keçməməsidir. Ona görə də mağaranın divarlarındakı buz qatı şüşə kimi şəffaf olur və içəri düşən günəş şüalarını tam udaraq əks etdirir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar