Yanmış meyiti tapılan qadının intihar etdiyi məlum oldu - <span style="color:red;">YENİLƏNİB
10 may 2018 02:42 (UTC +04:00)

Yanmış meyiti tapılan qadının intihar etdiyi məlum oldu - YENİLƏNİB

Daşkəsəndə baş verən hadisənin intihar olduğu da ehtimal edilir.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ilkin araşdırma zamanı rayonun Qabaqtəpə kənd sakini, 1975-ci il təvəllüdlü Lətifə Həsənovanın intihar məqsədi ilə otağı yandırdığı və 6 aylıq körpəsi ilə birlikdə öldüyü məlum olub.

 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

 

***

 

Daşkəsəndə ölüm hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

 

Bu gün saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri  yaşadıqları evdə aşkarlanıb.

 

Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.

 

Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.

 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar