![[b]Adı qalmaqalda hallanan icra başçısının müavini DANIŞDI - "Həmin videonu..."[/b]](https://lent.az/storage/news/2019/april/15/big/3177b57c3416b810c3e4ac65477c41e9.jpg)
[b]Adı qalmaqalda hallanan icra başçısının müavini DANIŞDI - "Həmin videonu..."[/b]
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.
Lent.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:
"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".
Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E.Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17