[b]Acun Ilıcalı bu qızla evlənir - TOY TARİXİ AÇIQLANDI - FOTO[/b]
14 may 2017 13:12 (UTC +04:00)

[b]Acun Ilıcalı bu qızla evlənir - TOY TARİXİ AÇIQLANDI - FOTO[/b]

Məşhur türkiyəli teleaparıcı və prodüser Acun Ilıcalı evlənir. Lent.az Sözcü-yə istinadən xəbər verir ki,  Acun Ilıcalı xeyli vaxtdır sevgili olduğu Şeyma Subaşı ilə ailə həyatı qurur və artıq onların toy vaxtı da müəyyənləşib. Məlum olub ki, onlar sentyabr ayında Fransada rəsmi nikaha daxil olacaqlar.

 

Qeyd edək ki, cütlüyün 4 yaşlı Melisa adlı bir qızı var.

 

Şeyma Subaşının kimliyinə gəlincə, o, 1990-cı ildə anadan olub. İlk dəvə “Varmısın, yokmusun” yarışmasına çıxmaqla tanınan Ş.Subaşı həmin vaxt 69 min lirə qazanmışdı. Daha sonra onunla layihənin rəhbəri və aparıcısı Acun arasında sevgi münasibəti yaranıb. Acun Ilcalı daha sonra sevgilisini "Yok Böyle Dans" adlı teleyarışmada moda üzrə ekspert kimi dəvət etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar