![[b]"Çudo-Peçka"nın rəhbərinə[/b] AĞIR CƏZA TƏLƏBI](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Çudo-Peçka"nın rəhbərinə[/b] AĞIR CƏZA TƏLƏBI
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun barəsindəki cinayət işi məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
"Bank Standart"ın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu və onlara dəymiş ziyanın ödənilməsini istəyib.
Çingiz Cəlilovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmə prosesi iyulun 20- ə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Bank Standart"ın idarə heyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyon manata yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.
Çingiz Cəlilov və yaxınlarına aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.
Oxşar yazılar

Şəmkirdə ağır qəza-Ölən var-FOTO
6 iyul 2025 , 10:46
Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52