[b]İranlı dələduz: "Məni ölkəmə göndərməyin"[/b]
11 iyun 2018 12:09 (UTC +04:00)

[b]İranlı dələduz: "Məni ölkəmə göndərməyin"[/b]

İranda dələduzluq edib Azərbaycana qaçan Ebrahimi Milaninin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun müraciətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Ebrahimi Milani bildirib ki, azərbaycanlıdır: "Təbrizliyəm, 16 ildir Azərbaycana gəlib-gedirəm. Tərcüməçiyə ehtiyacım yoxdur. Dilimiz, dinimiz, milliyyətimiz birdir".

 

Ədliyyə Nazirliyinin əməkdaşı çıxış edərək bildirib ki, təqsirləndirilən şəxsin sənədlərinə baxıblar: "Bu şəxs barəsində ittiham hökmü çıxarılıb. Cəza alıb. Onun elədiyi əməl Azərbaycanda dələduzluq cinayəti ilə tövsif edilə bilər. Ümumiyyətlə, təqsirləndirilən şəxsin İrana ekstradisiya edilməsini istəyirik".

 

İran vətəndaşının vəkili Tural Süleymanov da çıxış edərək müvəkkilinin İrana getmək istəmədiyini bildirib: "Məni ora göndərməyin".

 

Ebrahimi Milani isə qeyd edib ki, axtarışda olduğu cinayət işi üzrə bəraət alıb: "Lakin sənədlərim düz deyil. Siz məni buraxın, sənədləri qaydasına qoyub, özüm gedecəyəm. Mənim Azərbaycanda şirkətim, biznesim var. Rusiyadan taxıl alıb satıram. Burda mənzilim var. Ona görə ekstradisiya edilmək istəmirəm. Çünki alverçiyəm, ora göndərsəz, işgüzar nüfuzum düşəcək. Onsuz da bəraət almışam".

 

Hakimlər kollegiyasının qərarına əsasən, Ebrahimi Milani İrana ekstradisiya ediləcək.

 

Qeyd edək ki, Ebrahimi Milani İranda dələduzluq edib. O sonra Azərbaycana gəlib. Onun barəsində ölkəsində axtarış elan edilib və məhkəmə 2 il müddətinə həbs edilməsi qərarını çıxarıb.  Milani interpol xətti ilə axtarışa verilib və Azərbaycanda saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar