<b>“Mənə dedi ki, Şəbnəmin başını kəsdim”-</b> <span style="color:red;"> MƏHKƏMƏ ZALINDAN
06 sentyabr 2014 13:31 (UTC +04:00)

“Mənə dedi ki, Şəbnəmin başını kəsdim”-  MƏHKƏMƏ ZALINDAN

 

“Şəbnəm Elnurla evli olduğunu dedi. Əsəbiləşdiyim üçün onu boğdum. Bu zaman Şəbnəm xırıldayaraq yerə yıxıldı. Ürəyinə əlimi qoyanda öldüyün gördüm. Belə olacağını bilmirdim”.  Lent.az-ın məlumatına görə, bu sözləri həyat yoldaşını boğaraq öldürən Şamil Əliyev istintaq zamanı verdiyi ifadəsində deyib.

 

“Bir gün Şəbnəm evdən qaçdı”

 

Şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Şamil Əliyevin ifadəsindən:

 

“Şəbnəm 4 bacısı və anası ilə birlikdə yaşayırdı. Həmin vaxt Şəbnəmi öz razılığı ilə qaçırdım və birlikdə Lerik rayonuna getdik. Bundan sonra Lənkəran şəhərində “Elçin” şadlıq sarayında toyumuz oldu. Biz kəbinlə ailə həyatı qurmuşduq. Rəsmi nikahımız yox idi. Bizim nikahdan Aqşin adlı övladımız dünyaya gəlmişdi. Bir müddət sonra Şəbnəm kənd həyatına öyrəşə bilmədiyi üçün birlikdə Bakıya köçdük. Müxtəlif ünvanlarda kirayədə yaşadıq. Aramızda olan münasibət getdikcə soyuyurdu. Bir gün Şəbnəm evdən qaçdı. Telefon nömrəsinə dəfələrlə zəng etsəm də, zəng çatmadı. Bakıda hər gün Şəbnəmi axtardım, lakin onu tapa bilmədim. Bir gün günorta radələrində gizli nömrədən mobil telefonuma zəng gəldi. Telefonu açdıqda Şəbnəm olduğunu gördüm. Şəbnəm məndən  uşağı istədi. Uşağı ona verməyəcəyimi bildirdim. Telefonda əlaqə kəsildi. Həmin gün gecə 22 radələrində Yeni Suraxanı qəsəbəsində kirayədə yaşadığım evdə olan zaman Şəbnəm açıq nömrədən mənə zəng elədi. Ona kirayədə yaşadığımız evdə olduğumu dedim. O, məni uşaqla birlikdə Yeni Suraxanı qəsəbəsində olan qatar keçidinin yanına çağırdı. Təxminən 10-15 dəqiqə sonra Şəbnəm dediyi yerə gəldim. O, məni tək gördükdə uşağı soruşdu. Uşağın evdə, sonradan kənddə olduğunu dedim. Sonra Şəbnəm sabah işə gedəcəyini deyib getmək istədi. Mən də onu taksi ilə Köhnə Suraxanı qəsəbəsində qatar keçidinin yanına apardım. Şəbnəmdən harada qaldığını soruşdum, demədi. Gecə olduğundan Şəbnəmi xəbərsiz izləməyə başladım. Taksidən düşdüyü yerdən təxminən 200 metr ara küçələrlə getdikdən sonra qaldığı evi müəyyənləşdirdim.  Yolda Şəbnəmin nömrəsinə zəng etdim, amma həmin nömrəyə zəng çatmadı. Sonradan tanımadığım başqa nömrədən mənə zəng gəldi. Zəng edən bir oğlan idi. Mənə Şəbnəmin onlarda qaldığını dedi. Ondan küçəyə çıxmasını, onunla söhbət etmək istədiyimi bildirdim. Lakin həmin şəxs gəlmədi və telefonu söndürdü. Bundan sonra həmin ünvana gedib qapını döydüm. Bir oğlan qapını açıb məni evə dəvət etdi. Evin həyətində stolda oturdum. Həmin oğlan, yəni Elşad öz arvadı Ayselə çay hazırlamağı dedi. Çay gələndə Elşad və Aysel ilə birlikdə oturub çay içərək söhbət etdik. Bu zaman Şəbnəm içəridə idi. Elşad və Aysel məni evə dəvət etdilər. Mən də razılaşdım. Həmin gecə onlarda qaldım”.

 

 

Şamil ifadəsində qeyd edib ki, növbəti gün saat 8 radələrində Aysel və Şəbnəm işə getməyə hazırlaşanda o, Şəbnəmdən onunla qalmağı və işə getməməyi xahiş edib: “Onlar dayanacaqda olan zaman yaxınlaşıb Şəbnəmə getməməyini dedim.  Aysel çıxıb getdi. Şəbnəmlə Yeni Suraxanı qəsəbəsinə gəldik. Son dayanacaqda, yəni qəbirstanlığın yaxınlığında düşdük. Bir az söhbət etdikdən sonra  Şəbnəmə qəbirstanlıqda kölgədə oturmağı təklif etdim. Orada Şəbnəmlə mübahisəmiz düşdü. Şəbnəm mənə Elnur adlı oğlanla ailə qurduğunu, onunla rəsmi və kəbin nikahının olduğunu dedi. Bundan çox əsəbiləşdim. Şəbnəm mənim  əsəbiləşdiyimi görüb zarafat etdiyini söylədi. Bu zaman üzbəüz dayanmışdıq. Əsəbi halda Şəbnəmin boğaz nahiyəsinə sol və sağ əli ilə iki dəfə möhkəm yumruq zərbəsi vurdum. Şəbnəm zərbələrdən boğazını tutub yerə yıxıldı və xırıldamağa başladı. Dərhal əyilib Şəbnəmin başını qucağıma aldım. Belə olacağını düşünməmişdim. Bir neçə dəqiqə keçdikdən sonra Şəbnəmin səsi kəsildi.  Şəbnəmin ürəyinə əlimi qoyub ölüb-ölmədiyini yoxladım. Onun ürəyi artıq döyünmürdü. Bundan sonra özümü itirdim. Nə edəcəyimi bilmədim. Bu zaman Şəbnəmin əl çantasına baxdım. Orada Şəbnəmin ağ rəngli “Samsung” markalı mobil telefonu var idi. Şəbnəmin mobil telefon nömrəsini çıxardıb öz telefonuma qoydum. Həmin telefonu isə özümdə saxladım. Sonradan həmin telefonu gecə evə gələndə kirayədə yaşadığım evin sahibi İlqara verdim. Əl çantası isə orada qaldı. Şəbnəmi öldürən zaman onun əynində ağ rəngli qısaqol düyməli köynək, göy rəngli  cins şalvar, qara rəngli ipli ayaqqabı var idi. Onu orada üzü üstə uzadıb üstünü ətrafda olan tullantılarla örtdüm və işlədiyim avtoyuma yerinə  getdim. Həmin gün saat 20 radələrində avtoyumadan çıxıb qəbirstanlığa Şəbnəmin meyitinin yanına gəldim. Meyiti götürüb təxminən 100  metr aralıda olan boşluq sahəyə çıxartdım. Meyiti yerə qoyub yandırmaq istədim. Qarşıda su kanalı vardı. Bir az fikirləşdikdən sonra meyiti və almış olduğum 2 litr benzini həmin su kanalına atdım. Şəbnəmi kanala atmamışdan əvvəl onu soyundurmadım. Bu zaman əynimdə olan ağ rəngli, qısaqol düyməli köynəyi də su kanalına atdım, evə gəldim” .

 

“Şamil Şəbnəmin başını kəsdiyini dedi”

 

İstintaq zamanı şahid qismində ifadəsi alınmış Əzimov Elşad Rasim oğlu bildirib ki, gecə radələrində Əliyev Şamil onlara gəlib: “Şamil öz mobil telefonunda Şəbnəmin sms-lərini, ona gələn zəngləri bizə göstərib Elnur adlı birini soruşdu. Elnuru tapıb öldürmək istədiyini deyirdi. Şamildən Şəbnəmi soruşduqda “Sumqayıt şəhərində Şəbnəmin öz ata anasının qəbrinin üstündə başını kəsdiyini” dedi. Bundan sonra Şamili döymək istədim. Arvadım Aysel buna imkan vermədi. Şamili evdən qovdum. Şamilin dediklərinə inanmadım. Sonradan Şamil zarafat etdiyini bildirib çıxıb getdi” .

 

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadəsi alınmış Namazova Şəbnəm Kərəm qızının bacısı Abbasova Gözəl Kərəm qızı bildirib ki, atası 2008-ci ildə, anası isə 2010-cu ildə rəhmətə gedib: “Şamil Şəbnəmi Sumqayıt şəhərində görüş adı ilə ilə parka çağıran zaman oradan qaçırmışdı. Sonra toyları oldu. Hazırda 2 yaşında Aqşin adlı övladları var. Bacım evləndikdən sonra ailəsi ilə münasibətləri 2 ay  normal oldu. Sonradan münasibətlər soyudu. Şəbnəmin qaynanası və qaynının arvadı ilə münasibəti pis idi. Bunun üçün Bakıya köçüb kirayədə yaşayırdılar. Hadisə baş verən gün gecə polis əməkdaşı ərim Əhlimana zəng edərək Şəbnəmin öldürüldüyün dedi”.

 

 

İstintaq orqanı araşdırmaların sonunda belə qənaətə gəlib ki, Şamil Əliyevin Şəbnəmi öldürmək istəməməsinə dair gətirdiyi dəlillər özünü müdafiə xarakteri daşıyır ki,  bu toplanmış sübutlarda təkzib edilir. Belə ki, Ş. Əliyevin Ş. Namazovanı əllə boğazını sıxaraq boğub öldürməsi məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetir.

 

 

Məhkəmə hökmü

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Yazı cinayət işinin materialları əsasında xüsusi olaraq Lent.az saytı üçün hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4692
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar