“Qarabağ” mehmanxanasının həyətində CİNAYƏT
20 aprel 2015 12:12 (UTC +04:00)

“Qarabağ” mehmanxanasının həyətində CİNAYƏT

Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində naməlum şəxslər Bakı şəhər sakini Taryel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını alaraq ona qarşı quldurluq ediblər. Nərimanov RPİ CAŞ, Təhlükəsiz Şəhər Xidməti və 18-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulub.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184

Oxşar yazılar