“APA Holding” I Avropa Oyunları ilə bağlı xüsusi bülletenlərin yayımına başlayıb
02 iyun 2015 12:48 (UTC +04:00)

“APA Holding” I Avropa Oyunları ilə bağlı xüsusi bülletenlərin yayımına başlayıb

APA Holding” I Avropa Oyunları ilə bağlı xüsusi bülletenlərin yayımına başlayıb.

 

İyunun 1-dən etibarən “APAHolding”ə daxil olan qurumların I Avropa Oyunları ilə bağlı hazırladığı xəbər, müsahibə, reportaj, foto və video materiallar online yayımla yanaşı, gündəlik bülleten formasında da abunəçilərə çatdırılacaq.

 

Bülletenlər Azərbaycan, rus və ingilis dillərində hazırlanır.

 

Qeyd edək ki, “APA Holding”in abunəçilərinin əldə etdikləri bülletenlərdə APAİnformasiya Agentliyi  ilə yanaşı, "Lent.az", "Vesti.az", APA TV, "Apasport" agentliklərinin də xəbərləri yer alacaq.

 

Qeyd edək ki, "APA Holding"də I Avropa Oyunlarını işıqlandırmaq üçün mart ayından etibarən Koordinasiya Mərkəzi fəaliyyət göstərir.

 

Şirkətin 29 əməkdaşı Oyunların işıqlandırılması üçün akkreditasiyadan keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar