19 yaşlı gənc itkin düşüb - Xaçmazda
03 yanvar 2017 12:03 (UTC +04:00)

19 yaşlı gənc itkin düşüb - Xaçmazda

 

 

Xaçmaz şəhər sakini itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Soltanov Zülfüqar Sübhan oğlu dekabr ayının 30-u 2016-cı il tarixdə evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində tünd qəhvəyi rəngli köynək, qara rəngdə şalvar və ayağında qara rəngli ayaqqabı olub.

 

Onun boyu 176 sm, qaraşın, qara qısa saçlı, şabalıdı gözlü, uzunsov sifət quruluşludur.

 

Həmin şəxs barədə məlumatı olanlardan Xaçmaz rayon Polis Şöbəsinə və (023) 325 -53 -56, (055) 578-79-55 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

APA Baycan

Oxşar yazılar