Tovuzda GÜCLÜ KÜLƏK  -  YENİLƏNİB
23 sentyabr 2022 21:38 (UTC +04:00)

Tovuzda GÜCLÜ KÜLƏK - YENİLƏNİB

Günün ikinci yarısında güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Tovuzun bir sıra kəndlərinə enerji verilişi bərpa edilib.

Bunu Lent.az-a "Azərişıq" ASC-dən bildiriblər.

Açılmadan dərhal sonra əməkdaşlar qəza yerinə yollanıblar və hazırda Tovuz rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib.
 

***

18.25

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb.

Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

“Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.

# 3921
avatar

Oxşar yazılar