Təyyarə eniş zamanı motosiklet sürən  16 yaşlı oğlanı vurub öldürdü
16 yanvar 2026 19:05 (UTC +04:00)

Təyyarə eniş zamanı motosiklet sürən 16 yaşlı oğlanı vurub öldürdü

0

Venesuelada təyyarə hava limanına eniş edərkən motosikletdə olan 16 yaşlı oğlanı vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, qəza Quariko ştatındakı San-Xuan-de-Los-Morros hava limanının uçuş-enmə zolağında baş verib. Oğlan təyyarə eniş edərkən hava limanına daxil olub və onu görməyib.

Pilot toqquşmadan yayınmağa çalışsa da, uğursuz olub. Gənc oğlan başından aldığı xəsarət, ağır qanaxma və digər ağır yuxarı bədən xəsarətləri səbəbindən ölüb.

Məlumata görə, təyyarədə olan heç kim xəsarət almayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar