Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB
02 mart 2024 08:32 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

Sumqayıtda qaynını öldürən şəxs xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib.

***

1 mart, 19:20

Sumqayıtda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 43 yaşlı Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 48 yaşlı Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

18:59

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 43 yaşlı Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 48 yaşlı Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.

# 5262
avatar

Oxşar yazılar

Göygöl rayonuna yeni DYP rəisi təyin olundu

Göygöl rayonuna yeni DYP rəisi təyin olundu

12 aprel 2024 , 15:39
Ağdamda mina PARTLADI:  iki yaralı var

Ağdamda mina PARTLADI: iki yaralı var

12 aprel 2024 , 15:04
Rüşvət alan polis rəisi TUTULDU

Rüşvət alan polis rəisi TUTULDU

12 aprel 2024 , 14:38
Oğlu və gəlininə vəzifə verən məmur işdən QOVULDU

Oğlu və gəlininə vəzifə verən məmur işdən QOVULDU

12 aprel 2024 , 13:05
Kişi polis serjantını bıçaqladı

Kişi polis serjantını bıçaqladı

12 aprel 2024 , 12:02
Kəlbəcərdə yük maşını çaya aşdı, sürücünü sel apardı - YENİLƏNİB

Kəlbəcərdə yük maşını çaya aşdı, sürücünü sel apardı - YENİLƏNİB

12 aprel 2024 , 11:55
İnterpol azərbaycanlı "vəkil"i  saxladı

İnterpol azərbaycanlı "vəkil"i saxladı

12 aprel 2024 , 10:49
Xaçmazda evdən meyit tapıldı

Xaçmazda evdən meyit tapıldı

12 aprel 2024 , 09:34