Stansiyadan oğurluq edən  keçmiş məhkum   saxlanıldı
07 avqust 2023 12:06 (UTC +04:00)

Stansiyadan oğurluq edən keçmiş məhkum saxlanıldı

Keşlə stansiyası ərazisindən naqil oğurlayan keçmiş məhkum saxlanılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Len.az-a verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 39 yaşlı Mehman Babayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Xədicə Novruzova

Oxşar yazılar