Sərxoş vəziyyətdə avtomobili AŞIRDI:  1 ölü, 3 yaralı
13 noyabr 2023 09:46 (UTC +04:00)

Sərxoş vəziyyətdə avtomobili AŞIRDI: 1 ölü, 3 yaralı

İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Lent.az xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu zaman o, idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Fidan İlqar

Oxşar yazılar