İmişlidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb. 35 yaşlı Məhərrəmov Nahid Siyasət oğlu sərxoş halda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada 55 yaşlı Yaqubov Sarvan Sarab oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.