Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.
Lent.az APA-ya istinadla bildirir ki, yanğın məktəbin informatika otağında baş verib.
Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.
***
10:08
Şəmkirdə yanğın olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məktəbin 7 ədəd kompüteri yanıb.
Xəsarət alan olmayıb. Araşdırma aparılır.