Samuxda kişi evinin həyətindəki yardımçı tikilidə meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Ziyadlı kəndində qeydə alınıb.
32 yaşlı Aqil Cabir oğlu İmranovun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkarlanıb.
Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.