Sahil metrosunun yaxınlığında dönərxanada baş verən yanğın söndürülüb
18 yanvar 2026 21:35 (UTC +04:00)

Sahil metrosunun yaxınlığında dönərxanada baş verən yanğın söndürülüb

1

Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***
21:12


​​​​​​​Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 370

Oxşar yazılar