Nadir hallarda baş verən hadisəyə baxmayaraq, uçuş planlaşdırıldığı kimi davam edib və avadanlığa zərər dəyməyib.
Çindəki Seçan peyk buraxılış mərkəzindən "Çançjen - 3B" raketinin buraxılışı zamanı ildırım vurub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisəyə baxmayaraq, ilkin məlumatlara görə, avadanlıqlara zərər dəyməyib.
Raketin uçuşunun 35-ci saniyəsində ildırımın düşdüyü məlumdur. İldırım əsas qoruyucuya dəyib və gücləndirici və mühərrikin işlənmiş qazlarından keçərək yerə düşüb. Kosmik gəminin avadanlığı zədələnməyib, çünki bu cür hadisələrdən qorunub.
Oxşar hadisələr əvvəllər Saturn V və Soyuz-2 raketləri ilə də baş verib, lakin o zaman da avadanlıqlara zərər dəyməyib və ya uçuşun pozulmasına səbəb olmayıb.
Çinin "Çançjen - 3B" raket daşıyıcısı peykləri geostasionar orbitə çıxarmaq üçün istifadə edilən əsas orta sinif raketlərindən biridir.