Qubada minik avtomobili aşdı: 3 nəfər yaralandı -VİDEO
03 yanvar 2026 02:04 (UTC +04:00)

Qubada minik avtomobili aşdı: 3 nəfər yaralandı -VİDEO

0

Quba rayonu ərazisində avtomobil qarlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı avtomobildə olan azyaşlı hadisə anını lentə alıb.

Buzlu yolda idarəetməni itirən avtomobil yolun kənarındakı qayalıq əraziyə aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar