Qubada 8 nəfər qidadan zəhərləndi - Vəziyyətləri açıqlandı
09 fevral 2026 00:48 (UTC +04:00)

Qubada 8 nəfər qidadan zəhərləndi - Vəziyyətləri açıqlandı

0

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il təvəllüdlü D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub və onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Bildirilib ki, müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar