Qaynı arvadı 29 yaşlı qadını bıçaqladı
06 noyabr 2024 07:50 (UTC +04:00)

Qaynı arvadı 29 yaşlı qadını bıçaqladı

Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar