Dənizdə köməksiz qalan balıqçılar xilas edildi - FOTOLENT
06 fevral 2026 09:13 (UTC +04:00)

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi - FOTOLENT

0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə nəzarətsiz ərazidə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində balıqçı qayığının mühərrikində yaranan nasazlıq səbəbindən sahildən təqribən 1 km məsafədə dənizdə köməksiz vəziyyətdə qalan vətəndaşlar, 1994-cü il təvəllüdlü Məmmədov Rəhman Mərifət oğlu, 1986-cı il təvəllüdlü Əliyev Əli Ramiz oğlu, 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İslam oğlu və 1980-cı il təvəllüdlü Quliyev İlkin Şakir oğlu xilasedicilər tərəfindən xilas edilərək sahilə çıxmaları təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar