Qadına oğlunun ürəyi çıxarılan cəsədi  verildi
25 sentyabr 2025 18:56 (UTC +04:00)

Qadına oğlunun ürəyi çıxarılan cəsədi verildi

0

Ölən oğlanın anası həyati orqanın götürülməsinə razılıq verməyib. O, həmçinin qəza versiyasına inanmır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, avstraliyalı qadın mərhum oğlunu ürəksiz geri alıb. 23 yaşlı gənc Bali adasına tətilə gedibmiş.

23 yaşlı Bayron Heddo Bali adasında hovuzda cansız vəziyyətdə tapılıb. Cəsədi Avstraliyaya göndərilərkən anası oğlunun ürəyinin çıxarıldığını öyrənib.

"Onlar sadəcə zəng edib soruşdular ki, ürəyinin Balidə qaldığını bildinizmi " deyən qadın xəbəri "zərbə" adlandırıb.

Cəmi bir neçə həftə sonra onun ürəyini geri qaytadıra bilib. Avstraliyalının orqanı ailəsinə xəbərdarlıq edilmədən Balidə keçirilən məhkəmə-tibbi ekspertiza zamanı çıxarılıb.

İndoneziyalı patoloq Noli Qunavanın sözlərinə görə, məhkəmə-tibbi ekspertiza yerli qanunlara əsasən orqanların götürülməsi üçün ailənin razılığını tələb etmir. İlkin yarılma zamanı məlum olub ki, ölümün səbəbi spirtli içki və antidepressantın birləşməsidir.

Bununla belə, Bayronun anası öldürülməsindən şübhələnir. İstintaq davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar