Qadın sərnişinə qarşı əxlaqsızlıq edən  taksi sürücüsü ilə bağlı MƏHKƏMƏ QƏRARI -YENİLƏNİB
10 iyun 2024 18:40 (UTC +04:00)

Qadın sərnişinə qarşı əxlaqsızlıq edən taksi sürücüsü ilə bağlı MƏHKƏMƏ QƏRARI -YENİLƏNİB

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs olunub.

Lent.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Məhkəmənin qərarı ilə Kənan Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

***

08:53

Xəbərə saxlanılan şəxsin fotosu əlavə olunub.

***

9 iyun, saat 23:48

Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü polis tərəfindən saxlanıldı.

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində sürücünün 24 yaşlı Kənan Rüstəmov olması müəyyən olunub və o Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5151
avatar

Oxşar yazılar