Qazaxıstanda iki polis əməkdaşı bir milyon tengə (təxminən 3281 manat) rüşvətdə təqsirli bilinib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Abay rayonunda polis idarəsinin rəis müavini Kaliyasov və əməliyyatçı Taşiyev 1 milyon tengə rüşvət alıblar. Onlar bunun əvəzində şübhəli şəxsin cinayət məsuliyyətinə cəlb olunmayacağına söz veriblər.
Məhkəmə onların hər birini 10 milyon tengə (təxminən 32 min 810 manat) cərimələyib və ömürlük dövlət orqanlarında işləmək qadağan edib. Bundan əlavə, Kaliyasov polkovnik-leytenant, Taşiyev isə mayor rütbəsindən məhrum edilib.