Müğənni Ofelya Şabanovaya ağır itki üz verib.
Lent.az xəbər verir ki, bu haqda onun həmkarı Canana sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, müğənninin qardaşı Nurməhəmməd Şabanov (Maqa) vəfat edib.
Qeyd edək ki, bacısı ötən gün onun komaya düşdüyünü açıqlamışdı.
N. Şabanovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.