Naxçıvanda ƏT ƏMƏLİYYATI   - ŞOK VİDEO
10 fevral 2024 15:30 (UTC +04:00)

Naxçıvanda ƏT ƏMƏLİYYATI - ŞOK VİDEO

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilmişdir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Naxçıvan MR  Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən  keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın  mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilib.  

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır. 

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Arzu Qurbanlı

Oxşar yazılar