Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO
09 may 2024 09:35 (UTC +04:00)

Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib. Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb.

Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar

İsmayıllıda 3 uşaq anasını cərəyan  vurub öldürdü

İsmayıllıda 3 uşaq anasını cərəyan vurub öldürdü

15 iyun 2024 , 19:22
Kənd ərazisindən insan kəlləsi  tapıldı

Kənd ərazisindən insan kəlləsi tapıldı

15 iyun 2024 , 19:17
“Sədərək”də YANĞIN

“Sədərək”də YANĞIN

15 iyun 2024 , 18:52
Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

15 iyun 2024 , 17:19
Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi  - milyonlarla borcu var

Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var

15 iyun 2024 , 16:14
Ələsgər Məmmədli hospitala köçürülür

Ələsgər Məmmədli hospitala köçürülür

15 iyun 2024 , 15:40
Azərbaycan onu Avropaya təhvil verdi

Azərbaycan onu Avropaya təhvil verdi

15 iyun 2024 , 15:26
Evdən 3000 manat oğurlandı

Evdən 3000 manat oğurlandı

15 iyun 2024 , 15:03