Məşhur müğənni şəhərin mərkəzində  özünü öldürdü
08 aprel 2024 23:30 (UTC +04:00)

Məşhur müğənni şəhərin mərkəzində özünü öldürdü

Rusiyanın məşhur opera və estrada müğənnisi, “Qolos” (“Səs”) şousunun iştirakçısı Yevgeni Kunqurov Moskvanın mərkəzində intihar edib. 

Lent.az bildirr ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Aprelin 8-i axşam ifaçının həyat yoldaşı xilasetmə xidməti ilə əlaqə saxlayıb və bildirib ki, ərindən paytaxtın Presnenski rayonundakı mənzildə intiharla hədələdiyi mesajı gəlib. Kungurov həyat yoldaşına "cəsədini sabah vannada tapacağını" yazıb, bundan sonra zənglərə cavab verməyib.

Qadın hadisə yerinə xilasediciləri və polisi çağırıb və polis əməkdaşları gələndə sənətçinin cəsədini aşağıda, evin pəncərələrinin altında tapıblar. Kanal qeyd edir ki, Kunqurovun psixi problemləri olub: o, rəsmi qeydiyyatda deyildi, lakin özəl klinikalardan birində psixiatr tərəfindən müşahidə olunub. 

Yevgeni Kunqurov Rusiyanın, Çeçenistan Respublikasının və İnquşetiyanın əməkdar artistidir. Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının qonaq solisti. “Romantika romantikası” verilişinin aparıcısı “Birə bir!” və “Böyük Opera” layihələrində də iştirak edib. 


 

# 2970
avatar

Oxşar yazılar