Lənkəranda maşın dirəyə çırpıldı, sürücünün oğlu öldü
23 yanvar 2024 10:06 (UTC +04:00)

Lənkəranda maşın dirəyə çırpıldı, sürücünün oğlu öldü

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Şağlaküçə kəndi ərazisində qeydə alınıb. Ləj kənd sakini 41 yaşlı Əliyev Əhliman Cankişi oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə onun oğlu 12 yaşlı Murad hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

Mehman Nəbiyev

Oxşar yazılar